Avropa İttifaqı (Aİ) 2008-ci ildən bu günədək Azərbaycanın təhsil sahəsində 29 layihə reallaşdırıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç Bakıda təşkil edilən “Avropada Təhsil” sərgisinə həsr olunmuş mətbuat konfransında bildirib.
Səfirin sözlərinə görə, sözügedən sərgi Azərbaycanla Aİ arasında 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin 30 illiyi çərçivəsində təşkil olunur. pizza mizza
Tədbirin əsas məqsədi gəncləri Avropadakı ali təhsil proqramları və təqaüd imkanları barədə məlumatlandırmaqdır.
Diplomat vurğulayıb ki, Avropada təhsil azərbaycanlı gənclərə yeni bilik, beynəlxalq əlaqələr və fərqli mədəniyyətləri kəşf etmək kimi böyük imkanlar qazandırır:
“Avropada ali təhsil almaq zəruri bacarıqlara yiyələnmək, yeni dillər öyrənmək və unudulmaz təcrübə toplamaq üçün mükəmməl fürsətdir. Ümid edirik ki, bu sərgi gənclərimizi Aİ-də təhsil almağa, yaradıcılıq, innovasiya və yeni imkanlar dünyasını kəşf etməyə həvəsləndirəcək”.
Xatırladaq ki, “Avropada Təhsil” sərgisi oktyabrın 10-11-də Bakıda keçiriləcək. Sərgidə Avropanın 16 ölkəsindən 60-dan çox universitet təmsil olunacaq.
Nazim Hacıyev
Telegram kanalımız