Albaniya da İnfantinoya dəstəyini geri götürdü

saytların hazırlanması

Evə çatdırılma

Albaniya da İnfantinoya dəstəyini geri götürdü

İdman

07 Avqust 2026 17:33 52


Albaniya Futbol Federasiyası (FSHF) Canni İnfantinonun prezidentliyə namizədliyini dəstəkləməkdən imtina edib.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı FIFA-nın baş katibi Mattias Qrafströmə rəsmi məktub göndərib.

Federasiya prezidenti Armand Dukanın imzaladığı sənəddə İnfantinoya daha əvvəl verilən dəstəyin geri götürüldüyü bildirilib. Sezar pizza

FSHF qərarın əlavə daxili müzakirələrdən və beynəlxalq futboldakı son hadisələrin təhlilindən sonra qəbul edildiyini qeyd edib. Bundan başqa FIFA-nın idarəçiliyi ilə bağlı bir sıra assosiasiyaların mövqeyinin nəzərə alındığı vurğulanıb.

Qərar FIFA-nın Fifa Forward Enterprise layihəsi ətrafında yaranan böhran fonunda verilib. Təşkilat kommersiya fəaliyyətini və turnirlərin idarə olunmasını birləşdirəcək yeni quruma özəl investorların cəlb olunmasını planlaşdırsa da, sərt tənqidlərdən sonra bu təşəbbüsdən imtina edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!