Aqil Abbas: “Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar”

saytların hazırlanması

Evə çatdırılma

Aqil Abbas: “Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar”

İdman

28 Avqust 2026 17:21 98


“Qurban Qurbanov Azərbaycan futbolunda inqilab edib. 12 dəfə Azərbaycan futbolunu Avropaya daşıyıb və nəticələr göstərib. O, yaxşı məşqçidir. Bu, nə söhbətdir? Futboldur, bu biri udanda, biri uduzur. Futbolda hər gün qələbə çalmırlar. Fənərbaxça kimi komanda uzun illərdir ki, heç Avropa Çempionatına çıxa bilmir. Qurban Qurbanovu gözdən salanlar elə özləri səhv yol tuturlar. Elə bil qısqanclıq edirlər”.

"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, bunu Milli Məclis deputatı Aqil Abbas deyib.

O, “Qarabağ”-“Tvente” matçından sonra baş məşqçi Qurban Qurbanov barəsində tənqidi fikirlərə münasibət bildirib: Marqarita pizza

"Qurban Qurbanov Azərbaycanda əvəzolunmaz məşqçidir. Oyunu mən də izlədim. Komanda yenidən yığılıb, transferlər yeni olunub. Hələ bir-birlərini tanımırlar, oyun üslubunu götürə bilmirlər. 2-3 oyundan sonra komanda yenə əvvəki “Qarabağ” olacaq. Yeni gələn furbolçulardır, adamı belə linç etmək doğru deyil”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!