Araz Abdullayev Türkiyə klubuna transfer oldu
15 Sen 2020 22:27
542

Araz Abdullayev Türkiyə klubuna transfer oldu

Millimizin futbolçusu Araz Abdullayev Türkiyənin “Boluspor” klubuna keçib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Boluspor” klubu məlumat yayıb. Məlumata görə, Araz Abdullayevlə onunla 1+1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, millimizin futbolçusunun son klubu “Qarabağ” olub. Yunanıstanın “Panionios” klubuna məxsus olmuş Araz son iki mövsüm Ağdam klubunda icarə əsasında çıxış edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər