"Real Madrid" klubunda çıxış edən Trent Aleksandr-Arnold yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.
"Yeni Sabah” xəbər verir ki, "Arsenal"ın baş məşqçisi Mikel Arteta Ben Uaytın komandadan olası ayrılıq ehtimalını nəzərə alaraq ingilis cinah müdafiəçisini heyətə cəlb etməyi planlaşdırır. London təmsilçisi təcrübəli futbolçunu əsas transfer hədəflərindən biri kimi görür.
"Transfermarkt" portalının göstəricilərinə əsasən, 27 yaşlı futbolçunun hazırkı transfer dəyəri 60 milyon avro qiymətləndirilir. Marqarita pizza
Trent Aleksandr-Arnold 2025-ci ilin yayında azad agent statusunda "Liverpul"dan "kral klubu"na keçib. Onun Madrid klubu ilə 2031-ci ilin iyun ayına qədər müqaviləsi mövcuddur.
Nazim Hacıyev
Telegram kanalımız