Dövlət Sərhəd Xidməti (DSX) xidməti atların yem təminatı və hospitalda müalicə alan pasiyentlərin qidalanması ilə bağlı satınalma həyata keçirir.
“Yeni Sabah” xəbər verir ki, qurum xidməti atlar üçün qüvvəli və qaba yemlərin satın alınmasına 1 milyon 30 min 230 manat vəsait ayırıb.
Bundan başqa, DSX Hərbi Hospitalında ödənişli müalicə alan pasiyentlər üçün hazır yeməklərin (keytrinq) satın alınması üzrə 438 min 960 manat məbləğ ayırıb. Onlayn mağaza
Ümumilikdə hər iki satınalma üzrə ehtimal olunan məbləğ 1 milyon 469 min 190 manat təşkil edir.
Cəlalə Cəlalqızı
Telegram kanalımız