Pasiyentlər növbələrdə qaldı: Səhiyyə Nazirliyindən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Pasiyentlər növbələrdə qaldı: Səhiyyə Nazirliyindən AÇIQLAMA

Sosial

08 Oktyabr 2026 11:50 95


Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda yaranan növbə və ləngimələrin səbəbi açıqlanıb.

Bu barədə "Yeni Sabah"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, yayılan məlumatlarda qeyd olunan məsələ TƏBİB-in elektron sistemində yaranmış texniki nasazlıqla bağlıdır. pizza sifarişi

Elektron sistemdə baş verən nasazlıq səbəbindən pasiyentlərin qeydiyyatı və xidmətlərin göstərilməsi prosesində müvəqqəti ləngimələr və növbələr yaranıb.

Qeyd olunub ki, sistem tam bərpa olunduqdan sonra xidmət prosesinin əvvəlki qaydada davam etdirilməsi və vəziyyətin normallaşması gözlənilir.

İnstitut yaranmış narahatlığa görə pasiyentlərdən üzr istəyib və anlayış göstərmələrini xahiş edib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!