Atatürk prospektində hərəkətlə bağlı   YENİLİK

saytların hazırlanması

Evə çatdırılma

Atatürk prospektində hərəkətlə bağlı YENİLİK

Avto

25 Sentyabr 2026 14:58 104


Bakının Atatürk prospekti ilə Əcəmi Naxçıvani küçəsinin kəsişməsində yeni svetoforlar quraşdırılıb.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən paytaxtın Binəqədi rayonunda yerləşən kəsişmədə təhlillər aparılıb. Nəqliyyatın intensivliyi, xüsusilə günün pik saatlarında yaranan sıxlığın aradan qaldırılması məqsədilə müvafiq tədbirlərə başlanılıb. Toyuqlu pizza

Bu məqsədlə nəqliyyat vasitələrinin nizamlı hərəkətinin və piyadaların təhlükəsiz keçidinin təmin edilməsi üçün yeni svetoforlar quraşdırılıb.

“A” və “L” tipli 7 ədəd dirək üzərində quraşdırılan svetoforlar artıq hərəkət iştirakçılarının istifadəsindədir.

Qeyd olunub ki, sürücü və piyadaların təhlükəsizliyinin artırılması istiqamətində işlər davam etdirilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!