Azərbaycanın çay ixracında son 5 ilin ilk 9 ayının göstəriciləri dalğalanmalı dinamikanı ortaya qoyur.
“Yeni Sabah” xəbər verir ki, 2022-ci ildə pik səviyyəyə çataraq 1 560,88 ton (9 656,07 min dollar) təşkil edən çay ixracı 2023-cü ildə kəskin azalsa da, sonrakı illərdə ardıcıl artım meylinə keçib. Belə ki, 2023-cü ildə 505,87 ton (4 604,78 min dollar) olan ixrac həcmi 2024-cü ildə 541,23 tona (4 837,89 min dollar), 2025-ci ildə 546,73 tona (4 997,25 min dollar), 2026-cı ilin ilk 9 ayında isə artaraq 650,19 tona (5 725,72 min dollar) yüksəlib.
Nəticədə, çay ixracı 2022-ci ilin rekord göstəricisindən geri qalsa da, son 3 ildə müntəzəm olaraq artaraq 2023-cü ilə nisbətən miqdarca 28,5%, dəyərcə isə 24,3% böyüyüb. pizza hut
Cəlalə Cəlalqızı
Telegram kanalımız