Oktyabrın 22-də Maliyyə Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının rəsmi tərəfdaşlığı və Maliyyə Nazirliyinin dəstəyi ilə “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” mövzusunda konfrans keçirilib.
“Yeni Sabah” xəbər verir ki, konfransda çıxış edən maliyyə naziri Sahil Babayev bildirib ki, dövlət maliyyəsinin idarə edilməsində əsas hədəf ayrı-ayrı elektron xidmətlərdən vahid rəqəmsal idarəetmə modelinə (GRP) keçməkdir. Nazir qeyd edib ki, “e-mühasibat” altsistemi vasitəsilə 261 dövlət qurumuna təlimlər keçirilib, 2026-cı ilin sonunadək 1-2 milyon inventar vahidi elektron qeydiyyata alınacaq, 2027-ci ildən bütün büdcə təşkilatları GRP modelinə inteqrasiya olunacaq, 2028-ci ilin büdcə layihəsinin isə təxminən 60%-i avtomatlaşdırılmış rejimdə formalaşdırılacaq.
Eyni zamanda, “e-müqavilə” altsistemi vasitəsilə ümumi məbləği 3 milyard manatdan artıq olan 7500-dən çox elektron müqavilə rəsmiləşdirilib və süni intellekt əsaslı “RDMİS AI” köməkçisi istifadəyə verilib. İctimai Şuranın sədri İnqilab Əhmədov isə rəqəmsallaşmanın və süni intellektin tətbiqinin insan amilindən asılılığı və sui-istifadə risklərini azaldacağını vurğulayıb. Tədbir Hesablama Palatası, Mərkəzi Bank, Dövlət Vergi Xidməti və digər aidiyyəti qurumların təmsilçilərinin iştirakı ilə keçirilən panel müzakirələrlə davam edib. pizza mizza
Cəlalə Cəlalqızı
Telegram kanalımız