Teleaparıcı Aytən Səfərova danışıq və diksiya kurslarına yenidən start verib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında elan paylaşıb.
Dərslər onlayn formatda keçiriləcək və tədris həm qrup, həm də fərdi şəkildə təşkil olunacaq. Sezar pizza
Məşğələlər həftədə 2 dəfə olmaqla, ayda 8 dərs keçiriləcək. Hər dərsin müddəti bir saatdır. Qrup şəklində tədris maksimum iki nəfərlə aparılır.
"Yeni Sabah" aparıcının diksiya kursu qiymətlərini öyrənib.
Fərdi dərslər üçün ödəniş 400 manat, qrup şəklində iştirak üçün isə 200 manat olaraq müəyyən edilib.
Aytən Səfərova, uzun illər televiziya efirində səlis və professional çıxışları ilə tanınan aparıcı kimi, bu dərslərlə nitq mədəniyyətini və natiqlik bacarığını inkişaf etdirmək istəyənlərə fürsət yaratdığını bildirib.
İbrahim Məmmədov
Telegram kanalımız