Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub

Turizm

14 Sentyabr 2026 17:34 123


Azərbaycan Hava Yollarının (AZAL) alt qurumu olan Sərnişin Aviaşirkətinə yeni baş icraçı direktor təyin olunub.

"Yeni Sabah" xəbər verir ki, bu vəzifəyə aviasiya sahəsində 30 ildən artıq təcrübəyə malik Mario Çaves gətirilib.

Mario Çaves aviaşirkətin növbəti inkişaf mərhələsinə rəhbərlik edəcək. O, 2023-cü ildən "TAP Air Portugal" aviaşirkətində əməliyyatlar üzrə baş direktor vəzifəsində çalışıb. Pepperoni pizza

Bundan əvvəl Çaves "Portugalia Airlines" şirkətində baş icraçı direktor, "Grupo SATA" şirkətində əməliyyatlar və kommersiya üzrə baş direktor, "Cabo Verde Airlines" şirkətində isə baş icraçı direktor vəzifəsini müvəqqəti icra edib. Daha sonra həmin şirkətdə korporativ işlər üzrə baş direktor vəzifəsində çalışıb.

O, aviasiya sahəsində karyerasına 1995-ci ildə başlayıb, 1998-ci ildə isə "TAP Air Portugal"da pilot kimi fəaliyyətə keçib. Daha sonra Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş qərargahında uçuş əməliyyatları, o cümlədən tənzimləmə və səmərəlilik istiqamətləri üzrə yüksək vəzifələrdə çalışıb.

Mario Çaves müxtəlif beynəlxalq aviaşirkətlərdə də rəhbər vəzifələr tutub. Onun aviaşirkətlərin əməliyyatları və kommersiya idarəçiliyi sahəsində geniş beynəlxalq təcrübəsinin Sərnişin Aviaşirkətinin inkişaf və genişlənmə strategiyasına töhfə verəcəyi gözlənilir.

Qeyd edək ki, yeni təyinat AZAL-ın davamlı inkişaf, əməliyyat səmərəliliyinin artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi istiqamətində fəaliyyətinin davamı kimi təqdim olunur.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!