Azərbaycan ağırlıqqaldıranı tələbələr arasında dünya çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan ağırlıqqaldıranı tələbələr arasında dünya çempionu oldu

İdman

09 Sentyabr 2026 01:57 73


Azərbaycanlı atlet Tehran Məmmədov Qətərin paytaxtı Dohada keçirilən tələbələr arasında keçirilən dünya çempionatının qalibi olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyası məlumat yayıb.

Bildirilib ki, 65 kq çəki dərəcəsində mübarizə aparan Tehran birdən qaldırma hərəkətində göstərdiyi 130 kq nəticə ilə gümüş medala yiyələnib. Dördpendirli pizza

Məmmədov təkanla qaldırma hərəkətində 159 kq ağırlığı başı üzərinə qaldıraraq fəxri kürsünün birinci pilləsinə qalxıb.

Beləliklə o, toplamda göstərdiyi 289 kq nəticə ilə tələbələr arasında keçirilən dünya çempionatının qalibi adını qazanıb.

Qeyd edək ki. T.Məmmədov tələbələrin dünya çempionatında qalib gələn ilk Azərbaycan atleti kimi adını tarixə yazdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!