Azərbaycan boksçusu Avropa çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan boksçusu Avropa çempionu oldu

İdman

24 Sentyabr 2026 22:29 109


Azərbaycan boksçusu Sübhan Məmmədov Avropa çempionu olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, 50 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü bu titula Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-23 Avropa çempionatında yiyələnib. Dördpendirli pizza

Sübhan Məmmədov finalda Bair Batlayevi (Rusiya) məğlub edib.

Hər üç raundu öz xeyrinə başa vuran Mamedov yekunda 4:1 hesabı ilə qalib gəlib. Hakimlərin verdiyi xallar 30:27, 29:28, 28:29, 30:27 və 29:28 olub.

Beləliklə, Azərbaycan boksçusu Avropa çempionatının qızıl medalını qazanıb və Sofiyada Azərbaycan himnini səsləndirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!