Azərbaycan klubları 2026/27 mövsümündə UEFA turnirlərinin təsnifat mərhələlərində qələbə sayına görə Avropada birinci yeri bölüşür.
"Yeni Sabah" xəbər verir ki, “Football Meets Data”nın statistikasına əsasən, Azərbaycan təmsilçiləri indiyədək avrokuboklarda ümumilikdə 12 qələbə qazanıblar.
Bu göstərici ilə Azərbaycan Danimarka və Latviya ilə birlikdə Avropada liderdir. Dominos pizza
Siyahıda Xorvatiya, Avstriya, İsrail və Polşa klubları 11 qələbə ilə sonrakı yerləri bölüşürlər. İsveçrə təmsilçilərinin isə 10 qələbəsi var.
Xatırladaq ki, Azərbaycan 2026/27 mövsümü avrokuboklara 4 komanda ilə qatılıb. Yarışlarda mübarizəni davam etdirən “Sabah” 5, “Qarabağ” isə 4 oyunda qalib gəlib. Turnirdə iştirakını başa vursn “Zirə” 2, “Neftçi” isə 1 oyunda qələbə qazanıb.
Telegram kanalımız