Azərbaycan daha bir ölkə ilə diplomatik əlaqələr qurdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan daha bir ölkə ilə diplomatik əlaqələr qurdu

Siyasət

02 İyun 2026 12:48 157


Azərbaycan Respublikası ilə Mikroneziya Federativ Ştatları arasında diplomatik əlaqələr təsis edilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, 1 iyun 2026-cı il tarixində iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair Birgə Kommünike ABŞ-ın Nyu-York şəhərində imzalanıb. Sənədi Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev və Mikroneziya Federativ Ştatlarının BMT yanında daimi nümayəndəsi Cim Lipve imzalayıblar. pizza sifarişi

Məlumata görə, Birgə Kommünikedə Azərbaycan Respublikası ilə Mikroneziya Federativ Ştatları və onların xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığın inkişaf etdirilməsi niyyəti ifadə olunub.

Sənəddə qeyd edilib ki, tərəflər diplomatik əlaqələrin qurulmasında Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsini və beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsiplərini, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq prinsipini rəhbər tuturlar.

XİN-in məlumatında vurğulanıb ki, Birgə Kommünikenin BMT sənədi kimi yayılması məqsədilə BMT-nin Baş katibinə müvafiq məktub da ünvanlanıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!