Zakir Həsənov Bosniya və Herseqovinaya getdi

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov Bosniya və Herseqovinaya getdi

Siyasət

12 Noyabr 2025 09:20 269


Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Bosniya və Herseqovinaya səfər edib.

Nazirlikdən "Yeni Sabah"a verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü xanım Jelka Tsviyanoviç ilə görüşüb.

Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin də iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. pizza hut

Müdafiə naziri, həmçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Dostluq Parkında Xocalı və Srebrenitsa soyqırımları qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, önünə əklil qoyub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!