Azərbaycan müdafiə nazirinin Gürcüstana səfəri davam edir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan müdafiə nazirinin Gürcüstana səfəri davam edir

Siyasət

02 İyun 2026 20:02 112


Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bir sıra hərbi obyektlərdə olub. 

"Yeni Sabah" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər proqramına uyğun olaraq, müdafiə naziri Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani və Müdafiə Qüvvələri komandanı general-leytenant Giorgi Matiaşvili ilə birlikdə mayor Gela Çedia adına Xüsusi Əməliyyatlar Komandanlığının Muxrovanidəki bazasında olub. Dördpendirli pizza

Hərbi baza barədə ətraflı məlumat verildikdən sonra Azərbaycan nümayəndə heyəti burada yaradılan şəraitlə tanış olub və silahlara baxış keçirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!