Azərbaycan nefti yenə fərqləndi:   Dünya bazarında son vəziyyət

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nefti yenə fərqləndi: Dünya bazarında son vəziyyət

İqtisadiyyat

04 İyul 2026 09:12 100


Dünya birjalarında neftin qiymətində müxtəlif istiqamətli dinamika qeydə alınıb. Azərbaycanın qlobal bazara çıxardığı yüngül neft növləri müsbət trend nümayiş etdirib.

“Yeni Sabah” xəbər verir ki, son hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin bir barrelinin qiyməti 69.35 dollar təşkil edib.

Azərbaycan neftinə gəlincə, "Azeri Light" markalı xam neftin bir barrelinin qiyməti dünya bazarında 72.93 dollaradək dəyişib. Türkiyənin Ceyhan limanından FOB (gəmiyə yüklənmə) şərtləri ilə satılan fyuçers müqavilələrində isə "Azeri Light" (BTC FOB) 70.48 dollardan alıcı tapıb. Toyuqlu pizza

Rusiya neftinin əsas markası olan "Urals" isə digər qlobal etalonlarla müqayisədə ucuzlaşaraq 40.16 dollar səviyyəsində qərarlaşıb.

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barrel neftin orta qiyməti 65 dollar nəzərdə tutulub və mövcud qiymətlər büdcə proqnozunu üstələməkdə davam edir.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!