Azərbaycan Prezidenti: “Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir“

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Prezidenti: “Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir“

Siyasət

23 Avqust 2026 21:10 712


"Özbəkistandakı bütün qardaşlarımızı ölkənin inkişafında, onun potensialının möhkəmləndirilməsində, həm sosial-iqtisadi sahədə, həm də beynəlxalq arenada əldə olunan böyük uğurlar münasibətilə təbrik etmək istərdim".

"Yeni Sabah" AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında deyib.

"Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir", - deyən dövlətimizin başçısı bunun Prezident Şavkat Mirziyoyevin xidməti olduğunu vurğulayıb. O deyib: Siz ölkəni inkişaf etdirmək, onun potensialını möhkəmləndirmək, o cümlədən Özbəkistanın beynəlxalq arenadakı rolunu gücləndirmək üçün yorulmadan çalışır, əmək sərf edirsiniz". Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!