Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilir

İqtisadiyyat

04 Sentyabr 2026 13:30 49


İki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri, Baş nazirin müavini Samir Şərifov Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel ilə bir araya gəlib.

“Yeni Sabah” xəbər verir ki, danışıqlar zamanı tərəflər ticarət, iqtisadiyyat, nəqliyyat-logistika və investisiya sahələrindəki mövcud vəziyyəti, habelə gələcək əməkdaşlıq imkanlarını dəyərləndiriblər. Diqqət çəkən əsas məqamlar arasında Ələt limanında birgə intermodal terminalın inşası, Azərbaycana Qazaxıstan istehsalı olan lokomotiv və vaqonların gətirilməsi, Bakı Gəmiqayırma Zavodunda Qazaxıstan üçün gəmilərin tikintisi yer alıb. Bununla yanaşı, Hövsan limanında fəaliyyət göstərən Bakı Taxıl Terminalının işinin təkmilləşdirilməsi və Qazaxıstan enerji resurslarının Azərbaycan vasitəsilə tranzitinin artırılması mövzuları da gündəmdə olub.

Görüşdə 2024-cü ildə təsis edilən birgə investisiya fondu vasitəsilə yeni layihələrin icrası, iqtisadi və sənaye sahəsində kooperasiyanın gücləndirilməsi xüsusi vurğulanıb. Qeyd olunub ki, birgə istehsal müəssisələrinin qurulması qarşılıqlı ticarət dövriyyəsinin həcminə də müsbət təsir göstərəcək. Sezar pizza

Sonda tərəflər ikitərəfli iqtisadi tərəfdaşlığın dərinləşdirilməsində həmrəy olduqlarını bildirərək yakın dövr üçün nəzərdə tutulan addımları nəzərdən keçiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!