Azərbaycana qarşı döyüşən 4 nəfər yanaraq həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana qarşı döyüşən 4 nəfər yanaraq həlak oldu

Hadisə

30 İyun 2026 16:55 277


Ermənistanda yol-nəqliyyat hadisəsi zamanı yanaraq külə dönən avtomobildə 4 nəfərin meyiti aşkar edilib.

Modern.az erməni mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişən şəxslərin Ermənistanın terrorçu "Yerkrapа" qruplaşmasının üzvləri olduğu məlum olub. 

Araşdırmalar zamanı onların vaxtilə Azərbaycana qarşı aparılan işğalçı müharibələrdə və hərbi əməliyyatlarda fəal iştirak etdikləri müəyyən edilib. Dördpendirli pizza

Hadisənin təfərrüatları və qəzanın başvermə səbəbləri barədə yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, hadisə iyunun 29-da səhər saat 04:50 radələrində Ovşar kəndi yaxınlığında qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!