Azərbaycan-Ermənistan arasında  TİCARƏT PARTLAYIŞI:   300 milyon dollara…

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan-Ermənistan arasında TİCARƏT PARTLAYIŞI: 300 milyon dollara…

İqtisadiyyat

01 Sentyabr 2026 10:56 113


Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə iki ölkə arasında iqtisadi əlaqələrin bərpası məsələləri də müzakirə olunub.

"Yeni Sabah" xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə paylaşımında yazıb.

O bildirib ki, Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəələrin Azərbaycan ərazisi ilə Ermənistana tranziti, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm əyani təzahürüdür. Toyuqlu pizza

Deputatın sözlərinə görə, Azərbaycan sülh gündəliyinə sadiq qalaraq Ermənistana enerji məhsullarının ixracını həyata keçirir. Eyni zamanda, Ermənistana yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb.

V.Bayramov qeyd edib ki, Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsi artıq 18 milyon dolları ötüb. Bu ilin ilk 7 ayında isə iki ölkə arasında 17,4 milyon dollarlıq ticarət qeydə alınıb.

"Azərbaycan və Ermənistan arasında apardığımız qiymətləndirmələr göstərir ki, 38 məhsul üzrə bütövlükdə idxal-ixrac əməliyyatlarının qurulması mümkündür. Bu o deməkdir ki, iqtisadi əlaqələr tam bərpa olunduqdan sonra iki ölkə arasında illik ticarət dövriyyəsi 300 milyon dollara çata bilər. Söhbət idxal-ixrac əməliyyatlarından gedir", - deyə deputat vurğulayıb.

O əlavə edib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi region üzərindən daha çox yükün daşınmasına və region ölkələrinin bundan daha çox faydalanmasına imkan yaradacaq.

"Bu kontekstdə, təbii ki, beynəlxalq yükdaşımalarından ölkələrin daha çox gəlir əldə etmək imkanı var. Bu da praktiki olaraq həm dayanıqlı sülhün, həm də regionun iqtisadi inkişafı baxımından vacib məqamlardandır", - deyə V.Bayramov bildirib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!