Azərbaycanda muzdla çalışan işçilərin sayı 1,78 milyonu ötüb.
Bu barədə "Yeni Sabah"a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, 2026-cı il avqustun 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 781,1 min nəfər təşkil edib.Onlardan 836,9 min nəfəri dövlət sektorunda, 944,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Sezar pizza
Muzdla çalışanların 18,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 17,5 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti sahəsində çalışıb.
İşçilərin 6,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,5 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində məşğul olub. Digər 15,1 faiz isə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərib.
Bundan başqa, 2026-cı ilin yanvar-iyul aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz artıb.
Bu dövrdə orta aylıq nominal əməkhaqqı 1176,7 manat təşkil edib.
Aytac Əliyeva
Telegram kanalımız