Azərbaycanda 200 tələbə vəfat edib - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 200 tələbə vəfat edib - Rəsmi

Sosial

19 İyun 2026 17:49 301


Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materiallarında yer alıb.

Ölən tələbələri 33-ü bakalavriat, 5-i magistratura, 67-si tam orta ixtisas, 95-i isə orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub. pizza hut

Bundan başqa, 2025-ci ildə akademik borca görə 938, digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar 926 , təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə 12 969 tələbə universitetdən xaric edilib.

Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric edilən tələbələrin sayı 115 olub.

Ötən il təkrar kursda saxlanılan tələbələrin sayı isə 114 nəfər olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!