İlin ilk 8 ayı ərzində Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən beynəlxalq tələblərə uyğunlaşdırılmış 446 yeni dövlət standartı qəbul olunub.
“Yeni Sabah” xəbər verir ki, yanvar-avqust aylarını əhatə edən yeni normativ sənədlər ölkədə istehlak edilən məhsulların, istehsal proseslərinin və metodlarının təhlükəsizliyi ilə keyfiyyətinin yüksəldilməsinə, həmçinin yeni texnologiyaların tətbiqinə xidmət edir.
Qəbul edilən standartlar müxtəlif sektoru əhatə edir. Yeniliklər arasında üstünlük nəqliyyat (91), qida texnologiyası və kənd təsərrüfatı (56), mebel (43), tekstil və dəri texnologiyası (38), eləcə də maşınqayırma (37) və əməyin təhlükəsizliyi (36) sahələrinə verilib. Həmçinin uşaq malları üzrə 28, informasiya və telekommunikasiya sahəsində 23, tikinti materiallarında 21, bina qurğularında isə 15 yeni standart tətbiq olunub. Qalan sənədlər energetika, idarəetmə, turizm, neft-qaz, sənədləşdirmə, metrologiya və digər istehlak sahələrini əhatə edir. pizza
Məlumata görə, hesabat dövründə 26 dövlət standartına dəyişiklik edilib və ya dövri yoxlanışı tamamlanıb, 27 standart isə ləğv olunub. Paralle olaraq, sahibkarların müraciəti əsasında 89 texniki şərt ekspertizadan keçirilərək qeydiyyata alınıb.
Telegram kanalımız