Azərbaycanda fermerlərə yeni subsidiyalar veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda fermerlərə yeni subsidiyalar veriləcək

İqtisadiyyat

07 Sentyabr 2026 12:18 77


Aqrar Subsidiya Şurası ölkədə hayvandarlığın inkişafı, intensiv kökəltmə təsərrüfatlarının dəstəklənməsi və heyvanların daha yüksək çəkidə kəsimə təhvil verilməsini təşviq etmək amacıyla yeni qərarlar qəbul edib.

“Yeni Sabah”  Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, yeni qaydalara əsasən, diri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanlar üçün hər kq diri çəkiyə 0,4 manat məhsul subsidiyası ödəniləcək.

Bu ödənişi almaq üçün müraciətlər EKTİS vasitəsilə bəyan edilməli, heyvan ölkədə doğulmalı və ya ən azı 6 ay ərzində ölkə daxilində kökəldilməli, eyniləşdirilməli, sığortalanmalı və rəsmi qeydiyyatda olan kəsimxanada kəsilməlidir. pizza hut

Eyni zamanda, yerli xammalın emal müəssisələrinə cəlb olunmasını stimullaşdırmaq məqsədilə emala təhvil verilən iribuynuzlu heyvan dərisinə 3 manat, xırdabuynuzlu heyvan dərisinə 0,3 manat, yuna isə 0,30 manat/kq subsidiya ayrılıb.

Cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma dəstəyi də diferensiallaşdırılıb: yerli cinslərdən alınan 1-ci nəsil buzovlara 75 manat, 2-ci və növbəti nəsillərə 150 manat, yerli damazlıq təsərrüfatların yüksəkməhsuldar heyvanlarından doğulan buzovlara 50 manat, embrion köçürməsi yolu ilə alınan buzovlara isə 250 manat ödənilləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!