Ət və yumurta istehsalı artdı

saytların hazırlanması

Evə çatdırılma

Ət və yumurta istehsalı artdı

İqtisadiyyat

20 Noyabr 2026 15:31 43


Azərbaycanda 2026-cı ilin ilk 10 ayında ət və yumurta istehsalı artsa da, yun və barama istehsalında azalma qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin yanvar-oktyabr aylarında ölkədə diri çəkidə 504,5 min ton ət, 1883,9 min ton süd, 1993,1 milyon ədəd yumurta, 14,1 min ton yun və 155,8 ton barama istehsal olunub.

Ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 2,5 faiz, yumurta istehsalı 0,9 faiz artıb. Süd istehsalı əvvəlki ilin səviyyəsində qalıb. Elektronika məhsulları

Bunun əksinə, yun istehsalı 3,4 faiz, barama istehsalı isə 16,5 faiz azalıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!