Azərbaycanda 1,8 milyarddan çox sərnişin daşınıb – Ən çox hansı nəqliyyatdan istifadə olunur?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 1,8 milyarddan çox sərnişin daşınıb – Ən çox hansı nəqliyyatdan istifadə olunur?

İqtisadiyyat

20 Noyabr 2026 15:33 47


Azərbaycanda 10 ay ərzində daşınan sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz artaraq 1,86 milyardı ötüb.

“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin yanvar-oktyabr aylarında nəqliyyat sektorunda 205,1 milyon ton yük və 1861,9 milyon sərnişin daşınıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artıb. Yüklərin 63,5 faizi avtomobil, 25 faizi boru kəməri, 7,6 faizi dəmir yolu, 3,7 faizi dəniz, 0,2 faizi isə hava nəqliyyatı ilə daşınıb. Onlayn mağaza

Sərnişin daşımalarında isə avtomobil nəqliyyatı üstünlük təşkil edib. Sərnişinlərin 90 faizi avtomobillərlə, 9,3 faizi metro ilə, qalan hissəsi isə digər nəqliyyat vasitələri ilə daşınıb.

Ümumilikdə, nəqliyyat və anbar təsərrüfatı sektorunda göstərilən xidmətlərin dəyəri real ifadədə 10,2 faiz artaraq 14 milyard 288,8 milyon manat təşkil edib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!