Azərbaycana 10 ayda 16,5 milyard manat investisiya yatırılıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana 10 ayda 16,5 milyard manat investisiya yatırılıb

İqtisadiyyat

20 Noyabr 2026 15:35 49


Azərbaycanda əsas kapitala yönəldilən investisiyaların həcmi 2026-cı ilin ilk 10 ayında 9,7 faiz artaraq 16,5 milyard manata çatıb.

“Yeni Sabah” xəbər verir ki, yanvar-oktyabr aylarında əsas kapitala 16 milyard 519,8 milyon manat investisiya yönəldilib.

Neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 28,7 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar isə 2,3 faiz artıb. Bakıda online alış-veriş

İstifadə olunan investisiyanın 9 milyard 137 milyon manatı və ya 55,3 faizi məhsul istehsalı sahələrinə, 5 milyard manatı və ya 30,3 faizi xidmət sahələrinə, 2 milyard 382,8 milyon manatı və ya 14,4 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 12 milyard 568,6 milyon manatını, yəni 76,1 faizini daxili investisiyalar təşkil edib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!