Elza Seyidcahan avtomobil idarə edərkən üst-üstə toplanan cərimələrin məbləğini bildirib.
“Yeni Sabah” xəbər verir ki, o, hazırda qaydaları daha yaxşı öyrənməyə çalışdığını vurğulayıb:
“Cərimələrim çox olduğu üçün hələlik çalışıram ki, yol hərəkəti qaydalarını tam mənimsəyim, öyrənim. Harada necə sürmək, harada avtomobili saxlamağın mümkün olduğunu dəqiq bilim. Əvvəllər çox cərimə alırdım. Cərimələrim 2500, 3000, hətta 5000 manata qədər yığılırdı.Bir gündə dörd rayona getdiyim vaxtlar olur. Təbii ki, belə olanda sürət radarlarına düşürsən, cərimələr gəlir. İnternet mağaza
Bəzən tədbirlərə tələsirəm. Təşkilatçılar canlı yayımdan zəng edirlər, sağ olsunlar, bizi nəzərə alırlar. Hündür daban ayaqqabıda, uzun paltarda olsam belə, tələsdirirlər ki, tez gəlib tədbirə çataq. Amma radar bunları nəzərə almır, kamera cəriməni yazır”.
Elza Seyidcahan taksi xidmətlərindən istifadə edərkən bəzən sürücülərə artıq pul verdiyini də söyləyib. O, bu dəfə isə maddi imkanının məhdud olduğunu etiraf edib:
“Taksiyə gəlincə, bəzən 5 manatlıq yol üçün 10 manat verirəm, pulun qalığını da saxlamalarını deyirəm. Amma bu gün Məhəmmədə taksi üçün 6 manat neçə qəpik yazılmışdı, mən də 7 manat verdim. 10 manat vermədim, çünki pulum az idi. Axı axşama qədər başqa taksilərə də pul çatdırmalıyam, bu gün gedəcəyim yerlər çoxdur”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız