Azərbaycanda oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı AÇIQLANDI

Sosial

20 İyun 2026 11:30 207


2025-ci ilin 9-cu siniflər üçün buraxılış imtahanlarının təhlili göstərir ki, oxuyub-yazmağı bacarmayan şagirdlər var.

“Yeni Sabah” Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci sayında dərc olunub.

Məlumata görə, imtahan verən 9-cu sinif şagirdlər arasında 6 nəfərin oxuyub-yazmağı bacarmadığı aşkarlanıb. pizza mizza

"Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən bu faktın, əslində, daha çox olduğunu ehtimal etmək olar. Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı belədir: Gəncə şəhəri, Balakən, Beyləqan, Ağsu, Zərdab və Suraxanı rayonlarının hərəsində 1 nəfər", - məlumatda qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!