Azərbaycanda tam təqaüdlü kibertəhlükəsizlik proqramı başladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda tam təqaüdlü kibertəhlükəsizlik proqramı başladı

Sosial

08 Oktyabr 2026 11:03 86


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) yeni təlim dalğası üçün qeydiyyata start verib.

“Yeni Sabah” xəbər verir ki, tədris dalğasında proqramı uğurla başa vuranlar arasında ən yüksək nəticə göstərən 5 məzun xarici ölkələrdə fəaliyyət göstərən beynəlxalq şirkətlərdə təcrübə keçmək şansı qazanacaq.

Təlimlərdə 17 yaşdan yuxarı, ingilis dili və baza İKT bacarıqlarına malik Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Qeydiyyatdan keçən namizədlər “Technion” ekspertlərinin keçirəcəyi imtahan və müsahibə mərhələlərindən keçəcəklər. Yüksək nəticə göstərən 60 nəfər proqramda tam təqaüdlü əsaslarla təhsil almaq hüququ əldə edəcək. pizza hut

6 ay davam edəcək dərslər “Technion” akademik heyəti tərəfindən keçiriləcək. Proqram çərçivəsində “Red Team” (hücum) və “Blue Team” (müdafiə) istiqamətləri üzrə mütəxəssislər hazırlanacaq. Məzunlara “Technion” İnstitutunun rəsmi sertifikatı təqdim olunacaq.

Qeydiyyat üçün son tarix 8 noyabr 2026-cı ildir. Müraciətlər onlayn forma vasitəsilə qəbul edilir.

Qeyd edək ki, indiyədək AKM-dən 7 təlim dalğası üzrə 420-yə yaxın mütəxəssis məzun olub, məzunların işlə təmin olunma göstəricisi isə 90% təşkil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!