Azərbaycanda yay fəsli daxil oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yay fəsli daxil oldu

Sosial

21 İyun 2026 12:36 149


Azərbaycana yay fəsli (Yay günəş duruşu) iyunun 21-i saat 12:24-də daxil olub.

"Yeni Sabah" xəbər verir ki, şimal yarımkürəsində astronomik yay fəsli, Cənub yarımkürəsində isə qış fəsli başlayıb. Bu hadisə zamanı Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlir.

Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatır. Bu gün Bakıda Günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73.1°) olur. Toyuqlu pizza

Bu gün ilin ən uzun gündüzü və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 03 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyədir. Yay fəslinin uzunluğu 93 gün 15 saat 40 dəqiqə 42 saniyə olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!