Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tranzit tədarükü həyata keçirilir.
“Yeni Sabah” xəbər verir ki, Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə 16 vaqondan ibarət, ümumi çəkisi 977 ton olan dizel yanacağı göndəriləcək.
Məlumata görə, bu, ölkəmizdən həyata keçirilən ilk belə daşıma deyil. İndiyədək Azərbaycandan Ermənistana tranzit marşrutla 16 min tona yaxın dizel yanacağı, həmçinin 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac olunub. pizza sifarişi
Telegram kanalımız