Azərbaycanın boks millisi Avropa çempionatını 2 medalla başa vurdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın boks millisi Avropa çempionatını 2 medalla başa vurdu

İdman

21 Avqust 2026 19:51 47


Boks üzrə Azərbaycan millisi Serbiyanın Loznitsa şəhərində U-19 Avropa çempionatında daha bir medal qazanıb.

"Yeni Sabah" xəbər verir ki, yığmanın aktivinə növbəti medalı Əli Baxışov yazdırıb.

60 kq-da çıxış edən boksçu yarışı gümüş medalla başa vurub. Sezar pizza

Beləliklə, Azərbaycan millisi 35 ölkədən 354 boksçunun qatıldığı Avropa çempionatında 1 gümüş və 1 bürünc medal qazanıb.

Xatırladaq ki, Ə. Baxışovdan öncə Banuçiçək Nəsirli (48 kq) 3-cü yeri tutub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!