Azərbaycanın iki güləşçisi dünya çempionatında medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın iki güləşçisi dünya çempionatında medal qazandı

İdman

17 Avqust 2026 23:27 70


Azərbaycanın iki yunan-Roma güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında medal qazanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, Tural Əhmədov (63 kq) təsəlliverici görüşdə Finlandiya təmsilçisi Matias Arpiaynenə 8:0 hesabı ilə qalib gəlib. Sezar pizza

Axşam seansında isə ekvadorlu Klizman Velisi minimal fərqlə - 2:1 hesabı ilə məğlub edən Tural Əhmədov bürünc medal qazanıb.

Cavidan Nehmətov (77 kq) isə final görüşündə Ermənistan təmsilçisi Samvel Terteryanla qarşılaşıb. İlk xal prinsipinə əsasən rəqibinə 1:1 hesabı ilə məğlub olan güləşçi gümüş medalla kifayətlənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!