Azərbaycanın kimya sənayesi məhsullarının ixracı azalıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın kimya sənayesi məhsullarının ixracı azalıb

İqtisadiyyat

11 Sentyabr 2026 09:52 98


2026-cı ilin ilk 7 ayının nəticələrinə əsasən, Azərbaycanın kimya sənayesi məhsulları ixracında həcm və dəyər ifadəsində geriləmə qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, cari ilin yanvar-iyul aylarında 403 min 393.65 ton kimya sənayesi məhsulu ixrac olunub ki, bunun da statistik dəyəri 183 milyon 686.20 min dollar təşkil edib. Bu göstərici ölkənin ümumi ixracının 0.95%-ni, qeyri-neft sektoru üzrə ixracın isə 3.10%-ni təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə 640 min 413.66 ton (statistik dəyəri 194 milyon 025.82 min dollar) kimya sənayesi məhsulu ixrac olunmuşdu. Ötən il bu məhsullar ümumi ixracın 1.27%-ni, qeyri-neft ixracının isə 9.29%-ni təşkil edirdi. pizza sifarişi

Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə kimya sənayesi məhsullarının ixrac həcmi fiziki çəkidə təxminən 237 min ton, dəyər ifadəsində isə 10.3 milyon dollar azalıb. Qeyri-neft ixracındakı payı isə 9.29%-dən 3.10%-ə düşüb.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!