Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Rəşad Eyubovun baş məşqçi olduğu kollektiv Bakıda Çexiya ilə qarşılaşıb.
"Bank Respublika Arena"da baş tutan B qrupunun matçı 1:1 hesabı ilə başa çatıb. Azərbaycan millisinin heyətində 45-ci dəqiqədə Eşqin Əhmədov fərqlənib. pizza sifarişi
Qeyd edək ki, U-21 seçmə mərhələdə növbəti matçlarını sentyabrın 30-da səfərdə Şotlandiya, oktyabrın 6-da evdə Cəbəllütariq yığmalarına qarşı keçirəcək.
Telegram kanalımız