Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala yüksəldi

İdman

18 Avqust 2026 20:49 53


Azərbaycanın 3 güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında yarımfinala yüksəlib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, yunan-Roma güləşində Ayxan Cavadov (60 kiloqram) 1/8 finalda fransalı Maqomed Varayevi 9:0, 1/4 finalda isə braziliyalı Pedro Enrike de Souza Rodriqesi 6:2 hesabı ilə məğlub edib. O, yarımfinalda iranlı Əmirəli Heydəri ilə qarşılaşacaq. Toyuqlu pizza

Elmin Əliyev (82 kiloqram) gürcüstanlı Luka Pipiya və yaponiyalı Rondo Kodamaya 8:0 hesabı ilə qalib gəlib. Təmsilçimiz 1/4 finalda özbəkistanlı Bekmurod Rustamovu ilk xal (1:1) prinsipinə əsasən üstələyib. İdmançı yarımfinalda belaruslu Kiril Valevski ilə üz-üzə gələcək.

Qadın güləşində isə Zəhra Kərimzadə (72 kiloqram) türkiyəli İlayda Çini "tuş"la məğlub edərək yarımfinala yüksəlib. O, final uğrunda hindistanlı Tanu Şarma ilə güləşəcək.

Esra Məmmədli (53 kiloqram) isə təsnifat mərhələsində qazaxıstanlı Dinara Dauylkızına 1:7 hesabı ilə uduzub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!