Azercell-dən illik “ZengimCELL” xidməti

saytların hazırlanması

Evə çatdırılma

Azercell-dən illik “ZengimCELL” xidməti

Rəqəmsal

05 Avqust 2026 14:30 89


Azercell "ZengimCELL" xidmətinin yeni illik abunə paketini təqdim edir. Bu təklif istifadəçilərə 12 ay ərzində "ZengimCELL" xidmətindən fasiləsiz və daha sərfəli şərtlərlə yararlanaraq zənglərini sevimli melodiyalarla fərdiləşdirmək imkanı verir.

Qeyd edək ki, abunə müddəti ərzində istifadəçilər istədikləri vaxt zəng melodiyalarını dəyişərək zənglərini zövqlərinə uyğun fərdiləşdirə bilərlər. İllik "ZengimCELL" paketini aktivləşdirmək üçün istifadəçilər 756716 açar sözünü SMS vasitəsilə 6900 qısa nömrəsinə göndərməlidirlər. Xidmət aktivləşdirildikdən sonra isə seçdikləri "ZengimCELL" melodiyasının kodunu SMS vasitəsilə 6900 və ya 6070 qısa nömrəsinə göndərərək həmin melodiyanı aktivləşdirə bilərlər.

Qeyd edək ki, "ZengimCELL" xidmətinə illik abunə haqqı 18 AZN təşkil edəcək. "ZengimCELL" xidməti və mövcud melodiyalar haqqında ətraflı məlumatı zengim.az saytından əldə etmək mümkündür. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!