Azercell “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır

saytların hazırlanması

Evə çatdırılma

Azercell “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır

Rəqəmsal

01 May 2025 15:23 961


"Azercell Telekom" MMC bu il də qadınların liderlik, innovasiya və texnologiya sahəsindəki rolunu təşviq edən “SHE Congress”in rəsmi tərəfdaşı və rəqəmsal transformasiya üzrə dəstəkçisi qismində çıxış edir. 

May ayının 22-də Heydər Əliyev Mərkəzində “Bu Gündən Kənar – Gələcəyə Qalanı Yaratmaq” (“Beyond Now – Creating What Lives On”) şüarı altında keçiriləcək tədbir yüzlərlə qadın lideri, sahibkar və peşəkarı bir araya gətirəcək. Konqres iştirakçılara təcrübə mübadiləsi aparmaq, ünsiyyət qurmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və müxtəlif təşkilatların rəhbərləri ilə tanış olmaq imkanı verəcək.

Korporativ sosial məsuliyyət strategiyası çərçivəsində qadınlara dəstək, onların cəmiyyətdəki rolunun daha da gücləndirilməsi, sosial-iqtisadi rifahının artırılması istiqamətində bir çox sosial layihələr həyata keçirən Azercell tədbirdə xüsusi panel müzakirəsi təşkil edəcək. Eyni zamanda, şirkətin Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva konqresin əsas spikerlərindən biri olacaq.  pizza

Qeyd edək ki, tədbir çərçivəsində qadınların liderlik və peşəkar bacarıqlarının inkişafına yönəlmiş panel müzakirələri ilə yanaşı, dinamik sessiyalar və seminarlar təşkil olunacaq.

Ətraflı məlumat üçün: https://www.she-azerbaijan.com/ 

Qeydiyyat üçün: https://bit.ly/3RBKrir 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!