Aziz Yıldırım “Fənərbağça”dan gedir

saytların hazırlanması

Evə çatdırılma

Aziz Yıldırım “Fənərbağça”dan gedir

İdman

16 Sentyabr 2026 22:34 329


"Fənərbağça" klubunun prezidenti Aziz Yıldırım mövsümün sonunda komandanın nəticələrindən asılı olmayaraq, vəzifəsindən istefa verəcəyini açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, Aziz Yıldırım bu barədə jurnalist Ferudun Niğdelioğluya açıqlamasında bildirib.

Baş məşqçi İsmail Kartalla bağlı son hadisələrə toxunan Aziz Yıldırım UEFA Çempionlar Liqasında komandaya güvəndiyini deyib: pizza

"İsmail Kartal mən klub prezidenti olduğum müddətcə komandada qalacaq. Biz onu razı salmağa çalışmadıq, ondan soruşduq ki, "Davam edirsən, ya yox? Bu sənin son qərarındır?" O da "Bu mənim son qərarımdır, davam edirəm", - dedi.

Komanda hələ hazır deyil, amma söz verdiyim kimi, komandanı Çempionlar Liqasına daşıdıq. Çempionlar Liqasında bu komandaya güvənirəm və inanıram. Onlar daha yaxşı nəticələr əldə edəcəklər və "Fənərbağça"ya həm pul, həm də xal qazandıracaqlar"./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!