Bakı-Balakən qatarının fəaliyyəti iki aya yaxındır ki, dayandırılıb. Minlərlə sərnişin bu marşrut üzrə qatarlardan istifadə edə bilmir.
"Yeni Sabah" "Xəzər" TV-yə istinadla səbər verir ki, sakinlərin sözlərinə görə, 13-cü stansiyada qatarların fəaliyyət göstərməməsi gündəlik gediş-gəlişdə ciddi çətinliklər yaradır.
Onlar bildirirlər ki, stansiyada qatarların hərəkətinin bərpa olunmaması sərnişinlərin vaxt itkisinə və əlavə nəqliyyat vasitələrindən istifadə etməsinə səbəb olur. Sezar pizza
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, hazırda təmir-bərpa işlərinin görülməsi davam etdirilir.
Bakı-Baləkən qatarı üzrə reyslərin növbəti aylarda bərpa olunacağı gözlənilir.
Telegram kanalımız