Bakıda 3 avtobusun hərəkət sxemi dəyişdirildi – Sərnişinlərin diqqətinə

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 3 avtobusun hərəkət sxemi dəyişdirildi – Sərnişinlərin diqqətinə

Sosial

09 Oktyabr 2026 09:23 71


Bakıda 20, 55 və 104 nömrəli marşrut avtobuslarının hərəkət sxemləri müvəqqəti dəyişdirilib.

Bu barədə "Yeni Sabah"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, paytaxtın Yeni Günəşli qəsəbəsinin İlqar Musayev küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Bu səbəbdən qeyd olunan marşrutların hərəkəti alternativ küçələr üzrə təşkil edilib. Pepperoni pizza

Dəyişikliyə əsasən, 20 nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Yeni Günəşli qəsəbəsinin Surxay Noçuyev küçəsinə dəyişdirilib.

55 nömrəli marşrutun son dayanacaq məntəqəsi Qaraçuxur qəsəbəsinin Etibar Bəkirli küçəsinə köçürülüb.

104 nömrəli marşrutun hərəkəti isə 52-ci Qaraçuxur və Hatəm Allahverdiyev küçələri, Zığ şosesi və Gəncə prospekti ilə, daha sonra mövcud hərəkət sxemi üzrə təşkil edilib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!