Bakıda 3 böyük obyekt hərraca çıxarılır

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 3 böyük obyekt hərraca çıxarılır

İqtisadiyyat

29 Sentyabr 2026 12:01 95


Aqrarkredit BOKT QSC-yə məxsus Bakının Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən üç qeyri-yaşayış sahəsi oktyabrın 28-də saat 10:00-da keçiriləcək açık hərracla satışa çıxarılır.

“Yeni Sabah” xəbər verir ki,  toplam start qiyməti 1 milyon 608,5 min manat olan obyektlərdən 306 kv.m sahəsi olan birincisi 765 min manat (beh 3825 manat), 177 kv.m sahəsi olan ikincisi 442,5 min manat (beh 2212,5 manat), 160,4 kv.m sahəsi olan üçüncüsü isə 401 min manat (beh 2005 manat) başlanğıc dəyərlə təklif edilir.

Hərrac Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanındakı Əmlak Xidmətləri Məkanında tutacaq.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!