Bakıda bazarda arvadını bıçaqladı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bazarda arvadını bıçaqladı

Kriminal

26 Yanvar 2023 16:16 874


Bakıda 31 yaşlı qadın bazarda alış-veriş edərkən bıçaqlanıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Nizami rayonunda baş verib.

Qara Qarayev prospektində yerləşən 8-ci kilometr bazarında olan zaman 1991-ci il təvəllüdlü A.Şükürovaya bıçaqla ağır xəsarətlər yetirilib. Sezar pizza

Araşdırmalarla hadisəni törədən şəxsin əri, 1987-ci il təvəllüdlü Pənah Şükürov olduğu müəyyən edilib. P.Şükürov polis əməkdaşları tərəfindən tutulub.

Qadın xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağırdır.

Araşdırma davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!