Bakıda bu binalarda istilik yoxdur - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bu binalarda istilik yoxdur - VİDEO

Xalqın səsi

17 Noyabr 2021 08:49 5537


Xətai rayonu, Gəncə prospekti 89,95 ünvanlarında yerləşən binalarda istilik yoxdur.

“Yeni Sabah” xəbər verir ki, dünəndən Bakıda istilik mövsümünə rəsmi olaraq başlansa da, bəzi binaların sakinləri istiliyin üzünə həsrət qalıblar.

Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər, amma şikayətləri cavabsız qalıb. pizza hut

Havaların qeyri- sabit keçməsi isə soyuq evlərin sakinlərinin vəziyyətini daha da çətinləşdirib.

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev "Xəzər Xəbər"ə bildirib ki, qazanxanalar qrafik üzrə işə salınır. Həmin binalar da qrafikə əsasən bu gün gecədən etibarən istiliklə təmin olunacaqlar.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!