Bakıda daha bir yol sahəsi təmir olundu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda daha bir yol sahəsi təmir olundu

Sosial

23 İyun 2026 22:14 211


Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın yol infrastrukturunun yenilənməsi istiqamətində tədbirlər davam etdirilir.

"Yeni Sabah" Agentliyə istinadən xəbər verir ki, bu çərçivədə Qara Qarayev prospektinin Cəmşid Naxçıvanski və Bəhruz Nuriyev küçələri arasında yerləşən köməkçi hissəsində təmir işləri icra olunub.

Təmir işləri çərçivəsində deformasiyaya uğramış asfalt-beton örtüyünün frezlənməsi aparılaraq, normativ tələblərə uyğun yeni asfalt-beton örtüyü döşənib. Təmir olunan hissənin uzunluğu 500 metr, ümumi sahəsi isə 3 500 kvadratmetr təşkil edir. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!