Paytaxtın Səbail və Nəsimi rayonlarında aparılacaq təmir işləri ilə əlaqədar daha iki yol sahəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunacaq.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, məhdudiyyət Səbail rayonu üzrə Bünyad Sərdarov küçəsini, Nəsimi rayonu üzrə isə Füzuli küçəsinin (Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək) olan hissəsini əhatə edəcək. Toyuqlu pizza
Qeyd olunub ki, sürücülərə aparılan işlərə anlayışla yanaşmaq, səfərlərini əvvəlcədən planlaşdırmaq və hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmək tövsiyə olunur.
Telegram kanalımız